• 17.11.2019

Euronews Gürcüstanda yayıma başlayır

 Euronews Gürcüstanda yayıma başlayır

Dünyanın aparıcı xəbərlər kanalı – Euronews Gürcüstanda yayıma başlayır.

Bununla bağlı  “Silknet” şirkətinin Müşahidə Şurasının sədri Giorgi Ramişvili və kanalın baş direktoru Mişel Peters arasında saziş imzalanıb.

Mərasimdə Gürcüstan prezidenti Salome Zurabişvili və Avropa İttifaqının səfiri Karl Xartsel iştirak ediblər.

Euronews kanalının Gürcüstan xidməti beynəlxalq və yerli xəbərləri gürcü dilində yayımlayacaq. Xəbərlərin 20%-i Gürcüstana aid olacaq.

Gürcüstan xidməti üçün əməkdaşların seçilməsinə yaxın zamanlarda başlanacaq. Xidmətdə 50-yə yaxın işçi çalışacaq.

Qeyd edək ki, 1993-cü ildə yaradılan Euronews dünyanın 160 ölkəsində 12 müxtəlif dildə yayımlanır.

Oxşar xəbərlər